“Bitget” Bakıda ilk mətbuat konfransını keçirib

Martın 6-da dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Bitget” şirkəti Azərbaycanda yerli media nümayəndələri və tanınmış ictimai xadimlərin iştirakı ilə ilk mətbuat konfransını keçirib.

Tədbirdə regionda kriptovalyuta bazarının inkişafı, kriptovalyuta istifadəsinin perspektivləri və blokçeyn texnologiyalarının gündəlik həyatda tətbiqi mövzuları müzakirə olunub.

“Bitget”in baş əməliyyat direktoru (COO) Vüqar Üsüzadə şirkət fəaliyyətində qazandığı təcrübələrini bölüşərək, “Bitget”in inkişaf planını və xidmətini təqdim edib.

"Bu gün “Bitget” dünyanın ilk beş kriptovalyuta birjasından biri kimi Azərbaycan bazarına genişlənməyi planlaşdırır. Biz həm pərakəndə, həm də institusional istifadəçilər üçün yüksəkkeyfiyyətli və təhlükəsiz xidmətlər təqdim edərək, biznesimizi aktiv şəkildə böyüdürük. Bundan əlavə, Azərbaycanda “Blockchain4Her” və “Blockchain4Youth” kimi bir neçə təhsil təşəbbüsünü həyata keçirməyi planlaşdırırıq ki, bu da yerli istifadəçilər arasında maarifləndirməni artırmağa kömək edəcək", – deyə “Bitget”in baş əməliyyat direktoru (COO) Vüqar Üsüzadə bildirib.

Mərasimdə, həmçinin “CryptoAZ” kriptoakademiyasının qurucusu Xəlil İbrahimov çıxış edib. O, ölkədə kriptovalyuta bazarının inkişafı haqqında danışaraq, əsas kripto trendləri ilə bağlı fikirlərini bölüşüb, kripto istifadəçiləri və investorları üçün tədris kurslarını başladacağını elan edib.

"Hazırda ölkədə kriptovalyuta bazarı sürətlə inkişaf edir. Bir neçə il əvvəl belə bir marağın şahidi olmurduq, amma bu gün getdikcə daha çox yerli sakin kriptovalyutalara maraq göstərir. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan kriptovalyutaların yüksək səviyyədə qəbul edildiyi ölkələrdən birinə çevrilə bilər", – deyə Xəlil İbrahimov vurğulayıb.

Bitget-in baş əməliyyat direktoru (COO) Vüqar Üsüzadənin sözlərinə görə, şirkət Azərbaycanda ictimai təqdimatlar, təhsil seminarları və digər fəaliyyətləri də davam etdirməyi planlaşdırır.

Xatırladaq ki, 2018-ci ildə yaradılmış “Bitget” dünyanın aparıcı kriptovalyuta birjası və Web3 şirkətidir. Dünya üzrə 150-dən çox ölkə və regionda 100 milyondan çox istifadəçiyə xidmət göstərən “Bitget” qabaqcıl copy trading funksiyası və digər ticarət həlləri ilə istifadəçilərə daha ağıllı ticarət aparmağa kömək edir. Platforma real vaxt rejimində Bitcoin, Ethereum və digər kriptovalyutaların qiymətlərini izləməyə imkan yaradır.

Qeyd edək ki, “Bitget” kriptovalyutaların geniş yayılmasını təşviq etmək üçün strateji tərəfdaşlıqlara malikdir. Şirkət Şərqi Asiya, Cənub-Şərqi Asiya və Latın Amerikası bazarlarında “LALIGA”nın rəsmi kripto tərəfdaşı olmaqla yanaşı, eyni zamanda, Türkiyə milli idmançıları – Buse Tosun Çavuşoğlu (dünya çempionu güləşçi), Samet Gümüş (boks üzrə qızıl medalçı) və İlkin Aydın (Türkiyə milli voleybol komandası üzvü) ilə də qlobal tərəfdaşlıq quraraq, dünya ictimaiyyətini kriptovalyuta gələcəyini qəbul etməyə ruhlandırır.

Bitget barədə daha ətraflı məlumat üçün bitget.com saytından tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə