Azərbaycana BTİ-nin layihəsinə tərəfdaş olmaq təklifi edilib

Bu ilin sonu, noyabrın 17-dən 28-dək Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (ÜTİK) toplanacağıq. Fəxr edirəm ki, bu konfrans Bakıda keçiriləcək. SİA xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTI) Regional direktoru Natalia Mochu “Rəqəmsallaşmada yeni mərhələ” tədbirində çıxışı zamanı deyib.

“Qlobal ictimaiyyətimiz, bütün BTİ üzvləri rəqəmsal əlaqəni artırmaq, insanlarımızın internetdən çox mənalı istifadə etməsinə əmin olmaq üçün, ən ağrılı, kəskin maddələri və sahələri müzakirə etmək üçün bir araya gələcək. “Onlayn Azərbaycan” layihəsi rəqəmsal infrastrukturun müasir texnologiyalar və platformalarla təkmilləşdirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərin parlaq nümunələrindən biridir”, - deyə Natalia Mochu əlavə edib.

Regional direktor, həmçinin Azərbaycanı BTİ-yə üzv olan 147 ölkəni əhatə edən “Partners to Connect” layihəsinə tərəfdaş olmağa dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə