Minatəmizləmə Agentliyi (ANAMA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 59 manatdır.

İddiaçılar təkliflərini aprelin 10-na qədər ANAMA-nın yerləşdiyi Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 10-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 29,5 min manat ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə