ASCO ötən il 1,5 min tona yaxın metalı təkrar emala göndərib

2024-cü ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 1,5 min tona yaxın metalı təkrar emala göndərib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin nəticələrinə görə, ASCO gəmilərindən 103,76 m³ plastmas, 776,76 m³ qida qalığı, 749,9 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 123,94 m³ istismar tullantısı, 132,1 m³ neft qalığı-şlam, 4380,37 m³ döşəməaltı lyal su, 93 614,13 m³ təsərrüfat-məişət çirkab su təhvil verilib.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 26,6 ton yanmış qəlib qumu, 1445,2 ton abraziv (gəmi gövdəsindən çıxan pas, boya, çınqıl-qum qarışığı), 83 381 ton təsərrüfat-məişət çirkab suyu, 1025,2 ton neftli döşəməaltı lyal su, 255,04 ton sürtgü yağı, 4700 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s.), 1051 m³ qida qalığı, 716,75 m³ polimer əsaslı və plastmas tullantı, 88 m³ yağlı və neftli tullantı, 205 m³ rezin tullantı, 369 m³ istismar tullantısı və 0,069 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib və ərazilərdən çıxarılıb.

İl ərzində 1 ton kağız, 0,524 ton plastmas, 558,75 ton qara metal və 0,9 ton əlvan metal təkrar emala göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə