Naxçıvanda dövlət əmlakı olan 4 nəqliyyat vasitəsi özəlləşdirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac təşkil olunub. Nazirliyin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətində baş tutan hərrac prosesində 4 nəqliyyat vasitəsi üçün 5 sifariş qəbul olunub.

Hərracda iştirak edən 3 sifarişçi hərracın qalibi olub, 1 nəqliyyat vasitəsi üçün sifariş olmadığından hərrac baş tutmamış hesab edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə