Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 1 faiz bəndi artaraq 12 %-ə çatıb. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
9 ay ərzində məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta illik faizi dəyişməyərək 25 % qalıb, təmir kreditlərinin orta illik faizi isə 1 faiz bəndi azalaraq 16 %-ə düşüb.
Hesabat dövründə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditlərinin üzrə orta illik faiz dərəcəsi dəyişməyərək 24 % qalıb, xarici valyutada verilən istehlak kreditlərinin üzrə orta illik faiz dərəcəsi isə 2 faiz bəndi artaraq 7 %-ə çatıb.
Bu ilin əvvəlindən digər istehlak kreditlərinin orta illik faizi 3 faiz bəndi artaraq 20 %-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə