PAŞA Bankın 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib

PAŞA Bankın 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib

“Four Seasons” mehmanxanasında PAŞA Bankın 2024-cü ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. PAŞA Bankın komplayns üzrə Baş direktoru Anar Kərimov tədbir iştirakçılarını salamlamış və mətbuat konfransını açıq elan etmişdir. PAŞA Bankın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyev cari ilin ilk 6 ayının yekunları haqqında məruzə etmişdir. Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov cari ilin birinci yarısının nəticələrinə aid məlumat vermişdir.

Qeyd olunmuşdur ki, cari ilin 6 ayında ÜDM 59,5 milyard manat təşkil etmiş, ötən ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artım olmuşdur. Bankın kredit portfelinin həcmi 2,5 milyard manata gəlib çatmış, bu göstərici üzrə artım 11 faiz olmuşdur. Həmin müddətdə PAŞA Bankın Mərkəzi Bankdan valyuta alışında 50 faiz artım olmuşdur. PAŞA Bank banklararası bazarda da aktivdir. Burada əsasən müştəri ehtiyatları nəzərə alınır.

Cari ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistləri maraqlandıran suallara ətraflı cavablar verilmişdir.

Afət Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə