DGK sədri Qobustan və Şamaxı sakinləri ilə görüşəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov sentyabrın 20-də saat 10:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (ünvan: Qobustan şəhəri, Heydər Əliyev pr. 1d) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşəcək. DGK-dən SİA-ya bildirilib ki, görüş zamanı Qobustan və Şamaxı rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün 195 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə