Naxçıvanda vergi daxilolmaları 32 % artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 141,3 milyon manat vergi daxil olub. Bu barədə SİA-ya qurumdan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 milyon manat və yaxud 32,3 % çoxdur.

8 ay ərzində Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 120,8 % icra edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə