Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS ISO 10290:2024 “Toxuculuq məmulatları - Pambıq ipliklər - Texniki şərtlərin əsası” dövlət standartı qəbul edilib. AZSTANDART-dan SİA-ya bildirilib ki, yeni dövlət standartının qəbul edilməsində məqsəd tək qat əyirilmiş, ağardılmamış pambıq ipliklərin təsviri zamanı tətbiq olunmalı meyarların və müvafiq sınaq üsullarının müəyyənləşdirilməsidir.
Qeyd edək ki, sözügedən dövlət standartı “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) müzakirə olunub və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə