Sabahdan Bakıda su təhcizatı şəbəkəsi əvvəlki rejimdə işləyəcək

“Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması müvəffəqiyyətlə başa çatdırılır”. SİA xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, artıq suyun verilməsinə başlanılıb. Avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə