Bakının bu ərazisində işıq olmayacaq

Bakının bu ərazisində işıq olmayacaq

Xəzər rayonunun bir hissəsində işıq olmayacaq. Bu barədə SİA-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Binə qəsəbəsinin bir sıra hissəsində hava veriliş xətlərində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar avqustun 23 və 26-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq ərazisi 2-ci yeni sahədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə tam təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə