Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 81 milyon 143 min 900 manat vəsait yönəldilib. Bu barədə SİA-ya Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, bir il öncəki göstəricidən 20 % azdır.
Əsas kapitala vəsait qoyuluşunun 65 milyon 238 min 700 manatı və ya 80,4 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,5% azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB