Bu il Energetika Nazirliyi və tabeli qurumlara 4 mindən çox müraciət daxil olub

Cari ilin birinci yarımili ərzində Energetika Nazirliyi və tabeli qurumlara 4167 vətəndaş müraciəti daxil olub. Energetika Nazirliyindən SİA-ya verilən məlumata görə, müraciətlərin 3357-si müvafiq qaydada icra edilib, 504-ü isə təşəkkür və digər məsələlərlə bağlı məlumat xarakterli olub. Müraciətlərdən 306-sı icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpaolunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələrin verilməsi və digər mövzularla bağlı olub.

Hesabat dövründə nazirliyin aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 197 vətəndaşla görüş keçirilib və görüşlərdə səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə