İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan böyük işlər görür - UNEP-in icraçı direktoru

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan böyük işlər görür. Bu mövzuda bütün dünya qətiyyətli mövqe nümayiş etdirməlidir. SİA xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini və UNEP-in icraçı direktoru İnger Anderes COP29-la bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi böyük addımdır: “Prezident İlham Əliyevə ətraf mühitin mühafizəsi istiqamətində gördüyü işlərə görə təşəkkür edirəm. Hazırda Bakıda COP29-a hazırlıqla bağlı böyük işlər görülür. Ümid edirəm ki COP29 çərçivəsində maliyyələşmə paketi ədalətli şəkildə olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə