"Brent" markalı neftin qiyməti 86 dolları ötdü

"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 2024-cü il aprelin 30-dan bəri ilk dəfə bir barel üçün 86 dolları ötüb. SİA xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,54 faiz artaraq 86,18 dollar olub. Eyni zamanda, WTI markalı neftin avqust ayında tədarük üçün fyuçersləri 0,69 faiz bahalaşaraq bir barel üçün 81,71 dollara yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə