Türkiyənin ümumi təbii qaz hasilatı 2023-cü ildə nə qədər olub?

Türkiyənin ümumi təbii qaz hasilatı ötən il 2022-ci ilə nisbətən 113 faiz artaraq 807,3 milyon kubmetrə çatıb.

SİA türk mənbələrinə istinadən xəbər verir ki, Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) illik təbii qaz hesabatından toplanan məlumatlara görə, Türkiyənin Qara dənizdə təbii qaz kəşfi hasilata da təsir etməyə başlayıb.

Müvafiq olaraq, ölkədə topdansatış lisenziyası olan 8 şirkət təbii qaz istehsal etmək səlahiyyətinə malikdir. Həmin şirkətlər tərəfindən 2023-cü ildə hasil edilən və sistemə verilən təbii qazın miqdarı 2022-ci ilə nisbətən 113 faiz artaraq 2023-cü ildə 807,3 milyon kubmetrə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə