Qabaqcadan ödənişlər üzrə qalıq məbləğ 3 milyard 54 milyon manat təşkil edib - Samir Şərifov
2022-ci ilin sonuna, yaxud 2023-cü ilin əvvəlinə qabaqcadan ödənişlər üzrə qalıq məbləğ 3 milyard 54 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, ötən il büdcə təşkilatları tərəfindən 3 milyard 190 milyon manat məbləğində yenidən avans ödənişləri edilib, eyni zamanda, 1 milyard 806 milyon manat məbləğində avanslar bağlanılıb. Bağlanmış avansların 1 milyard 226 milyon manatı və yaxud 62 faizi bundan əvvəlki illərdə verilmiş avans məbləğlərini əhatə edir. Yanvarın 1-dək yaranmış qalıq isə bu 580 milyon manatdır, yəni, bu, yeni avanslardır. “Bununla bağlı əsas məqam ondan ibarətdir ki, 2023-cü ilin sonuna həmin avans məbləğləri 4 milyard 437 milyona qədər artıb. Bu, nəyin hesabına baş verib? Bu avansların 78,8 faizi güc strukturlarının üzərinə düşür. Bu da başadüşüləndir. Çünki bu təşkilatlar tərəfindən müəyyən yeni avadanlıqların, sursatların alınması, istehsal edilməsi üçün uzunmüddətli müqavilələri bağlamaq məcburiyyətindədir”, - deyə S.Şərifov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB