“Bankların qoyduğu standart faiz dərəcəsi yüksəkdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bankların qoyduğu standart faiz dərəcəsi yüksəkdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Banklardan kredit götürmək rahat və sürətlidir. Amma bir problem var. Hətta ən əsası deyə bilərik. Hazırda fəaliyyət göstərən banklarda kredit faizləri kifayət qədər yüksəkdir deyilir. Hətta əksəriyyət götürdüyü pulu qaytarmaqda çətinlik çəkir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O bildirib ki, qoyulan standart faiz dərəcəsi yüksəkdir: “Yekun ödəniləcək məbləğə baxanda da görürsən ki, götürdüyün məbləğdən daha çox ödəmək məcburiyyətində qalırsan”.

“İstehlak kreditlərində bu daha geniş yayılıb, amma bu biznes kreditlərində də var ki, iqtisadiyyat leqal deyil. Yəni, vətəndaşın gəlirini bank tam olaraq qiymətləndirə bilmir. Biznesin dövrüyyəsini bank tam olaraq görə bilmir. Yəni onlar öz gəlirlərini, dövriyyələrini gizlətdikcə bir tərəfdən qısa müddətli dövrdə burada müəyyən vergi kimi öhdəliklərdən yayınırlarsa, amma digər tərəfdən krdit qaytarma qabliyyətini risk altına almış olurlar. Ona görə sabah onlar kreditə müraciət edəndə bu risk faktorları da əlavə olunur. Çünki risk artıqca faizlər artır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə