"Kadr potensialı istənilən iqtisadiyyat modelində çox önəmlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Rəqəmsal iqtisadiyyat təsərrüfat subyektlərinin, o cümlədən də insanların, müəssisələrin, avadanlıqların, informasiyanın milyardlarla gündəlik internet bağlantısı nəticəsində ortaya çıxan, kompüter texnologiyasına əsaslanan iqtisadi fəaliyyətdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, ənənəvi iqtisadiyyatdan fərqli olaraq rəqəmsal iqtisadiyyatın sərhədləri getdikcə daha çox genişlənir: ""Big" data dediyimiz böyük verilənlər, süni intellekt, müxtəlif texnologiyalar və sair kimi bu rəqəmsal iqtisadiyyatın komponentləri var. Təbii ki, Azərbaycan üçün rəqəmsal iqtisadiyyatın qurulması, onun müasir texnoloji tətbiqi vasitəsilə genişlənməsi çox vacib və önəmli tətbiqlərdəndir. Bu ona görə də dövlət tərəfindən bu istiqamətdə müxtəlif proqramlar qəbul edilmiş, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətində məhz rəqəmsal iqtisadiyyatın çəkisi getdikcə artmaqdadır.
Ölkəmizdə bilavasitə rəqəmsal iqtisadiyyatın daha da genişlənməsi üçün rəqəmsal infrastruktur yaradılır və hədəflər də bu istiqamətdə genişlənməyə doğrudur. Eyni zamanda insanların rəqəmsal bacarıqlarının artırılması üçün ciddi kadr siyasəti aparılır. Çünki kadr potensialı istənilən iqtisadiyyat modelində çox önəmlidir. Düşünürəm ki, Azərbaycanın iqtisadiyyatının rəqəmsallaşma səviyyəsi onun iqtisadi nailiyyətlərindən daha üstün səviyyədə bir dinamikaya malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB