"Brent" markalı nef ucuzlaşdı

"Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 2024-cü il fevralın 15-dən bəri ilk dəfə olaraq bir barel üçün 81 dollardan aşağı düşüb. SİA xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 0,96% azalaraq 80,95 dollar/barel təşkil edib. Eyni zamanda, "WTI" markalı xam neftin iyul çatdırılması üzrə fyuçersləri 0,7 faiz ucuzlaşaraq bir barel üçün 76,6 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə