Azərbaycan ötən il xaricdəki nümayəndəliklərinə 190 milyon manat xərcləyib

Azərbaycan ötən il xaricdəki nümayəndəliklərinə 190 milyon manat xərcləyib

2023-cü ildə Azərbaycanın dövlət büdcəsindən xaricdəki nümayəndəliklərin saxlanılmasına 189,6 milyon manat xərclənib. SİA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bunun 186 milyonmanatı diplomatik, 3,6 milyon manatı isə ticarət nümayəndəliklərinin saxlanmasına sərf olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə