Qadınlar əmək bazarında rəqabətə hazır olmalıdır - Hicran Hüseynova

Azərbaycan qadınları əmək bazarında rəqabətə hazır olmalıdır. SİA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən, regionun qadın liderliyinə həsr olunan ən böyük tədbirlərindən biri - “SHE Congress”də bildirib.

"Bugünki tədbir qadınların inkişafında önəmli yerə malikdir. Bu format çox təbii keçir, iştirakçılar fikirlərini bildirir, təcrübə mübadiləsi aparır, öz işini qurmaq istəyənlər burada biznes sahibləri ilə fikir mübadiləsi apara bilir. Qadınlarımızın əldə etdiyi uğurlarla tanış oluruq. Azərbaycanda elə sahə yoxdur ki, qadınların irəli getdiyini görməyək. Sahibkar qadınların sayının artması bizi sevindirir", - deyə o qeyd edib.

H.Hüseynova onu da bildirib ki, Azərbaycada qadın hərəkatının zəngin tarixi var: "Bunu Ulu Öndərin hakimiyyətə gəlməsi ilə qeyd etmək olar. Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva qadın siyasətinə diqqət edirlər".

Tədbirdə aktual mövzular, qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların müzakirəsi aparılır. Konqresin mövzusu “İndinin gücü: Anı yaşa”-dır (The Power of Now: Live the Moment!).

Bütün xəbərlər Facebook səhifəmizdə