Dövlətlərarası Şurasının Texniki Komitələrinin müşavirəsi keçirilir - FOTOLAR

MDB-nin Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Dövlətlərarası Texniki Komitələrinin Əlaqələndirməsi üzrə İşçi Qrupunun (РГ МТК) 13-cü və Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının (НТКС) 67-ci müşavirələri keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ermənistan (onlayn formada) və digər dövlətlərin standartlaşdırma üzrə milli orqanlarının nümayəndələri, habelə Standartlaşdırma Bürosunun nümayəndələri iştirak edirlər.

Dövlətlərarası Texniki Komitələrinin Əlaqələndirməsi üzrə İşçi Qrupunun (РГ МТК) 13-cü müşavirəsində yeni Dövlətlərarası Texniki Komitələrinin (MTK) yaradılması, mövcud MTK-ların birləşdirilməsi və tətbiq sahələrinin genişləndirilməsi, 2023-cü il üzrə MTK-ların fəaliyyəti üzrə hesabatlar və MTK-larla bağlı digər məsələlər müzakirə edilir.

Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının 13-cü müşavirəsində Əlaqələndirməsi üzrə İşçi Qrupunun iclasının nəticələri, Dövlətlərarası Şuranın 2030-cu il İnkişaf Strategiyasının icra vəziyyəti, 2024-2025-ci illər üçün Dövlətlərarası Standartlaşdırma Proqramı (ПМС), dövlətlərarası standartlaşdırma sahəsi üzrə sənədlərə baxılması, rəqəmsal həllərin tətbiqi və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə