“Kriptovalyutaların qiyməti mütəmadi olaraq dəyişir” - DEPUTAT DANIŞDI

“Kriptovalyutaların qiyməti bazardakı qiymət və təklifə uyğun olaraq müəyyənləşir. Bu konteksdən biz mütəmadi olaraq kriptovalyutaların qiymətindəki dəyişiklikləri müşahidə edirik. Kriptovalyutalar dövriyyəyə buraxıldıqdan sonra qiymətlərində kəskin artımlar olub. Eyni zamanda bir sıra hallarda kriptovalyutaların qiymətinin kəskin azalmasını da müşahidə etmişik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, kriptovalyutaların qiyməti mütəmadi olaraq dəyişir:
“Kriptovalyuta ilə gəlir əldə etmək üçün birmənalı şəkildə bazardakı potensial dəyişikliklərə uyğun olaraq qəraraların verilməsidir. Çünki kriptovalyuta ilə əməliyyat aparanların riskləri öncədən görməsi və risklərə uyğun olaraq addımlar atmasına ehtiyac var.

Azərbaycanda hələlik kriptovalyutalardan istifadə olunmur, virtual pula keçid reallaşmayıb. Amma bununla belə pul kredit siyasətində yeni texnologiyanın öyrənilməsi və gələcəkdə bu imkanlardan istifadənin qiymətləndirilməsi də nəzərdə tutulub.

Sözsüz ki, kriptovalyutadan kənarda qalmaq Azərbaycan üçün hər hansı bir xərc yaratmır. Bu əslində dövlətlər üçün deyil, daha çox fərdi şəxslərin kriptovalyuta bazarında gəlir əldə etməsi və iştirakı anlamına gəlir. Bu baxımdan Azərbaycan üçün hər hansı xüsusi risklər yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə