"Azərkosmos" “Azerspace-1” peyki üçün sığortaçı seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 66,5 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peyki ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Paşa Sığorta" ASC-dir.

Qalib şirkətə 1 milyon 436,5 min manat ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə