Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyil - TAHİR RZAYEV

Qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmənin keçirilməsi vacibdir. Qida təhlükəsizliyi ilə bağlı bəzi məsələlər insanları ciddi narahat etməkdədir. Vətəndaşların sağlamlığını, qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyil. Burada bizim hər birimizin rolu hiss olunmalıdır. SİA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda təşkil etdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, bu sistem davamlı olaraq fəaliyyətdədir. “Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra müəyyən işlər görülüb və bu proses davam edəcək. Ancaq bizdən də asılı olan məsələlər çoxdur”, - deyə T.Rzayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə