“Ötən ilin dövlət büdcəsinin icrasına dair hesabat may ayında təqdim ediləcək” - Vüqar Gülməmmədov
“2023-cü ilin dövlət büdcəsinin icrasına dair hesabat təqribən may ayının ortalarında təqdim ediləcək”. SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının 2023-cü ildə görülən işləri və qarşıda duran hədəflərinə dair mətbuat konfransında qurumun sədri Vüqar Gülməmmədov deyib.
“Maliyyə Nazirliyi artıq hesabatı Hesablama Palatasına təqdim edib. Hesabat yoxlanır, hesabata rəy may ayının ortasına qədər hazır olacaq”,-deyə sədr əlavə edib.
O bildirib ki, 2023-cü ildə biz keçmiş Qarabağ iqtisadi rayonunda nəzarət təbiri həyata keçirilib: “Keçmiş Qarabağ iqtisadi rayonunda keçirilmiş yoxlamada verdikləri təkliflərə bu il də nəzarət olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB