Bu ilin ilk rübündə Energetika Nazirliyi 40 icazə verib

Bu ilin ilk rübündə Energetika Nazirliyi 40 icazə verib

Bu ilin ilk 3 ayı ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 40 icazə verilib. SİA-nın nazirliyə istinadən verdiyi məlumata görə, onlardan 33-ü ixrac nəzarətinə düşən malların idxalı, 2-si ixracı, 5-i isə tranziti ilə bağlı olub.

Hesabat dövründə bütün icazələrin verilməsi 7saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə