Avropadakı inflyasiya Azərbaycana təsir edəcək? - MÜNASİBƏT BİLDİRİLDİ
"Avropa yeni inflyasiya növü ilə üzləşib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
İqtisadçı bildirib ki, Azərbaycanda bu üsulu çoxdan tətbiq edirlər: "Yaxşı üsul deyil. Məhsulun keyfiyyətinin, çəkisinin miqdarını azaltmaqla qiyməti az qaldırmaq, yaxud da qaldırmamaq kimi üsullar tətbiq edilir. Yəqin şahidi olmusunuz ki, çörəyin qiymətini qaldırmayıb çəkisini aşağı salırlar. Bu formada məsələlərdir. Ədəbiyyatda, iqtisadiyyatda da bu bəllidir. Yeni bir yoluxucu məsələ deyil. Davranışla əlaqədardır. Həm keyfiyyəti aşağı salırlar, həm də qiyməti qaldırırlar. Keyfiyyətlə oynanmasa, gərək qiyməti daha da yüksəltsin.
Sahibkar müştərinin qiymətə həddindən artıq həssas olduğu məqamda müəyyən qədər məhsulun çəkisinin, ölçüsünün, qiymətini çox artırmamaq məqsədilə daha keyfiyyətli hesab olunan materialı istehlakçının duyuq düşməməsi şərtilə daha az məhsula dəyişir. Məsələn, mebel alırsınızsa sizin hiss etməyəcəyiniz şəkildə rəflərini daralda bilərlər. Siz onu hiss etmirsiniz. Yaxud da materialı başqa materialla əvəz edə bilərlər. İçini dəyişib xərci aşağı salırlar. Məqsəd budur. Sahibkarlar buna optimizasiya deyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB