“İşğaldan azad edilən ərazilərdə turizmlə bağlı nəhəng layihələr var” - DEPUTAT DANIŞDI

“İşğaldan azad edilən ərazilərdə turizmlə bağlı nəhəng layihələr var” - DEPUTAT DANIŞDI

“İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələr başa çatdıqdan sonra ilk olaraq insanlar üçün iş yerləri açılacaq. Hansı ki, bu istiqamətdə bəzi ərazilərdə artıq mühüm işlər görülüb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, yaşıl enerji isə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilməklə iqtisadiyyatımıza mühüm töhfə verəcək: “Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə qiymətli yeraltı sərvətlərimiz var. Həmçinin tarixən kənd təsərrüfatı da Qarabağın mühüm iqtisadiyyat sahələrindən biri olub. Bundan başqa ərazilərimizdə turizmlə bağlı nəhəng layihələr var. Bütün bunlar nəticə etibarilə ölkə iqtisadiyyatında xüsusi yerə sahib olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə