"Avropa fermerlərinin rəqabətdə uduzması..." - EKSPERT BİLDİRDİ
Bir müddətdir Avropanın bir neçə ölkəsində aqrar sahədə etiraz aksiyaları keçirilir. Bunun dünya iqtisadiyyatına təsiri nələrdir? SİA mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimlinin fikrini öyrənib.
.jpg)
Onun sözlərinə görə, bu aksiyaların dünya iqtisadiyyatına heç bir mənfi təsiri yoxdur. Avropalı fermerlər özləri üçün daha əlverişli şərait, daha çox subsidiya istəyirlər: “Tələb edirlər ki, Afrika, Asiya və digər kasıb ölkələrdən gələn mallar buraxılmasın və onlar öz mallarını baha sata bilsin. Avropanın “Dekarbonizasiya Gündəliyi”nin əleyhinə gedir, həyata keçməsini istəmirlər. Çünki bu onlar üçün əlavə problemlər yaradacaq. Avropalı insanlar varlanmaq istəyirlər. Bunun üçün də məhsullarını baha satmalıdırlar. Çünki bazar məlumdur. Keçirilən aksiyaların, mitinqlərin səbəbi odur ki, məhsullarını baha sata bilmirlər. Başqa bazarlardan gələn daha ucuz məhsullar onları rəqabətdə sıxır. Onlar da bu vəziyyətdən narazılıq edirlər”.
Ekspert bildirib ki, onların rəqabətdə uduzmasının dünya iqtisadiyyatına daha çox xeyri var, nəinki indi Avropanın onların təzyiqi altında digər kasıb ölkələrdən kənd təsərrüfatı mallarının qarşısını daha sərt almasının: “Onlar həmişə bazarda sıxılırlar. Azərbaycan məhsulları Avropa bazarına girə bilmir. Daha əlverişli bazar olmasına baxmayaraq sertifikasiya kimi min hoqqa çıxarırlar. Görünür bu şərait də Avropa fermerlərini qane etmir, istəyirlər ki, Avropa bazarlarında ancaq onların məhsulları satılsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB