“ Bu il inflyasiya keçən ildən daha aşağı olacaq” EKSPERTDƏN AÇIQLAMA

“ Bu il inflyasiya keçən ildən daha aşağı olacaq” EKSPERTDƏN AÇIQLAMA

“Qiymətlər hər zaman artacaq, yəni qiymətlərin dayanması, ucuzlaşması prosesi heç bir zaman olmayacaq. Bu, aparılan siyasətlərin nəticəsidir”. Bunu SİA-ya açıqlamasında İqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Avropada da 2%-dir və Azərbaycanda mərkəzi bankın hədəf inflyasiya səviyyəsi var: “Bu 4% arasında ideal rəqəm müəyyənləşdiriblər özündə. Çünki Azərbaycanda hədəf ideal 4%-dir. Bu baxımdan inflyasiya nə vaxt dayanmalıdır desək, bu heç bir zaman dayanmayacaq. Bu tək Azərbaycanının özüylə bağlı bir məsələ deyil. Azərbaycan balaca ölkədir və balaca ölkələr hər zaman dünyadakı proseslərdən çox asılı olurlar. Bu baxımdan biz istəsəkdə, istəməsəkdə qiymət dəyişimləri daim dünyada baş verir və bizə də mütləq şəkildə təsir edəcək. Bu il inflyasiya keçən ildən daha aşağı olacaq. Mərkəzi bankın proqrozlarında bu 5% faizdir və bankda bu səviyyədən məmnundur.

Mərkəzi bankın ardıcıl faiz dərəcəsini aşağı salınması infulasiyaya dəstək məsələsidir. Bu baxımdan inflyasiya əvvəlki illərə baxdıqda daha aşağı olacaq. Ərzaq məhsullarına gəldikdə taxıl, dənli bitkilərdə qiymət aşağı düşümü və düyüdə bahalaşma gözlənilir. Bu komponentlər arasında fərqlər var. Dünyada 2024-cü il üçün ərzaq qiymətlərinin cuzi artacağı proqnazlaşdırılıb”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə