2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 239 icarə müqaviləsi bağlanılıb ki, bunlardan 228-i qeyri-yaşayış, 11-i isə torpaq sahələri üzrə olub. Bu barədə SİA-ya Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, 2022-ci illə müqayisədə icarə müqavilələrinin sayı 73,2 % artıb.
Ötən il Naxçıvanda həmçinin sahibkarlara 74 lisenziya verilib. İş adamları lisenziyaları “ASAN xidmət” vasitəsilə alıb. Lisenziyalardan dövlət büdcəsinə 76 min manatdan çox vəsait daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB