Startap kimlər üçündür? Startapla adi biznesin fərqləri - DETALLAR BƏLLİ OLDU
“Son dövrlər startapların fəaliyyətinin genişlənməsi müşahidə olunur. Xüsusən qlobal səviyyədə kəşflərin böyük bir hissəsi startaplar tərəfindən reallaşdırılır. Bu baxımdan Azərbaycanda da startapların dəstəklənməsi əsas prioritetlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, maliyyə resurslarına çıxış imkanlarının artırılması çox önəmlidir: “Bu gün qlobal tendensiya göstərir ki, biznes qurmaq praktik olaraq startapların formalaşmasından keçir. Çünki startapların formalaşması, həm də bzines qurmaq üçün uyğun modellərdən biri hesab olunur. Amma bütün bunlarla yanaşı biznes üçün maliyyə resurslarına çıxışın artırılması çox vacibdir. Çünki biznes maliyyə tələb edir. Lakin maliyyə məsələləri ilə yanaşı, biznes bilik və bacarıqlarının inkişaf etdirilməsi olduqca vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB