Manatın məzənnəsi üçün təhdid varmı? - EKSPERT AÇIQLADI

Manatın məzənnəsi üçün təhdid varmı? - EKSPERT AÇIQLADI

“Hazırkı vəziyyətdə manatın məzənnəsi üçün hansısa təhdid yoxdur. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın öhdəliyini yerinə yetirmək üçün Dövlət Neft Fondunun transferlərindən olan qalıqlar belə qalmaqdadır: “Yəni dollara olan tələbat o səviyyədə deyil ki, manata hansısa təhdid yaratsın”.

Ekspert qeyd edib ki, neftin qiyməti 60 dollar olaraq götürülür: “Amma hazırkı nisbi ucuzlaşmalar belə büdcədə götürülmüş qiymətdən kifayət qədər yuxarı səviyyədədir. Eyni zamanda dollara olan tələbatın yuxarı olmaması xarici valyutanın ölkədən çıxarılma kanallarının nəzarətdə olması manatın məzənnəsi ilə bağlı hansısa bir riskin artmasına imkan vermir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə