"Qarabağ və Şərqi Zəngəzurun bərpası bizim üçün vacibdir" - EKSPERT BİLDİRDİ

"Qarabağ və Şərqi Zəngəzurun bərpası bizim üçün vacibdir" - EKSPERT BİLDİRDİ

"2024-cü ildə işğaldan azad edilmiş ərazilərə 3.8 milyard manata qədər investisiya qoyulacaq". Bu barədə SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Ekspertin sözlərinə görə işğaldan azad edilmiş ərazilərdə hər şey dağılıb, sıfırdan şəhərlər, qəsəbələr salınır, yollar tikilir, yaşayış məntəqələri salınır: "Enerji infrastrukturu qurulur, dəmiryolu xətti çəkilir, aeroportlar salınır".

X.Kərimli bildirib ki, işğalda olmayan regionlarda da vəziyyət ürəkaçan deyil: "Hesab edirəm ki, regionlara da diqqət qalmalıdır. Qarabağ və Şərqi Zəngəzurun bərpası bizim üçün vacibdir, amma geridə qalan 80%-lik ərazimizdə də həyatın yaxşılaşdırılması, insanların sosial xidmətlərə, kommunal xidmətlərə əlçatanlığının artırılması istiqamətində addımlar davamlı olmalıdır. Qarabağ və Şərqi Zəngəzurun bərpası digər regionları inkişaf etdirilməsini kölgədə saxlamamalıdır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə