Naxçıvanda 11 ayda istehlakçılara 752 min manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda 11 ayda istehlakçılara 752 min manat ƏDV məbləği geri qaytarılıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 752,2 min manat, təkcə noyabr ayında isə 100,1 min manat ƏDV məbləği geri qaytarılıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bildirilib.

Məlumata görə, yanvar ayı ilə müqayisədə noyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,8 dəfə artıb.

Naxçıvanda eni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Bu il dekabrın 1-nə muxtar respublikada 2 554 ədəd yeni nəsil aparat quraşdırılıb. Yanvar-noyabr aylarında belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 205,5 milyon manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə