"Aİ Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Serbiya və digər Balkan ölkələri ilə sıx əməkdaşlıq edir. Amma bu əməkdaşlıq xüsusilə pandemiyadan sonra, o cümlədən son illərdə Avropanın qaza olan tələbinin çoxalması ilə daha da artıb. Yəni, əgər əvvəllər Azərbaycanın Avropa ilə inkişafı faktiki olaraq daha çox neft satırdıqsa (İtaliya bizim ən böyük ticarət tərəfdaşımızdır), bütün bu əlaqələr fonunda qaz sahəsində olan əlaqələr çox sürətli inkişaf edib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib.

Onun sözlərinə görə, son iki il ərzində qazla bağlı olan məsələlər sürətlə inkişaf edərək yeni fazaya qədəm qoydu: "Keçən il Aİ ilə strateji əməkdaşlıqla bağlı razılaşmalar əldə olunduqda faktiki olaraq Avropa Birliyi açıq şəkildə Azərbaycandan Avropaya qaz tədarükünü iki dəfəyədək artırmağı istədi. Azərbaycan da bu mesajı qəbul etdi və bildirdi ki, Azərbaycan bu qazı tədarük etmək iqtidarında olacaq.
Nə üçün Azərbaycan bu qədər diqqət mərkəzindədir? Ümumilikdə götürdükdə Avropa üçün Azrbaycanla olan əlaqələr çox böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan son 30 ildə, daha çox da 2000-ci illərin əvvəllərindən etibarən Avropa ilə iqtisadi əlaqələrdə, xüsusilə neft ixracında özünü etibarlı tərəfdaş kimi göstərdi. Yəni, bir çox digər ölkələrdən fərqli olaraq heç bir siyasi məsələ, müharibə, yaxud qonşu ölkələrin Aİ ilə əlaqələrinin necə olmasından asılı olmayaraq davamlı olaraq öz ticari öhtəliklərini yerinə yetirdi. Bu faktiki olaraq Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtdı. Azərbaycan öz iqtisadi əlaqələrində, bağladığı müqavilələrə hər hansı bir siyasi məsələlər, yaxud qonşu dövlətlərin Aİ ilə münasibətləri və s.-dən daha çox öz öhdəliklərinə fokslanır və öz öhdəliklərini yerinə yetirməklə məşğuldur. Bu səbəbdən Aİ Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
İkinci məsələ Cənub Qaz Dəhlizidir. Bu, təkcə qaz dəhlizi deyil, şəbəkədir. Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyədən keçən qaz Avropaya çatdırılır. Amma tək Avropanın bir-iki ölkəsinə, yaxud Balkan ölkələrinə çatdırılmır. Bu, istər Bolqarıstan, istər Yunanıstan və istərsə də Serbiya arasında olan interkonnektorlar ki var, həmin interkonnektorlar Cənub Qaz Dəhlizini Avropanın qaz şəbəkəsi ilə bağlayır. Bu, o deməkdir ki, Azərbaycanın Avropaya hər hansı bir ölkəyə göndərdiyi qaz faktiki olaraq Avropanın qaz şəbəkəsi vasitəsilə Avropanın istənilən ölkəsinə çatdırıla bilir. Bu, çox önəmli bir məsələdir. Ölkə Prezidenti öz çıxışında bu qaz dəhlizinin 3500 km-dən çox olduğunu bildirdi. 3500 km təbii ki kifayət qədər böyük bir ərazini əhatə edir. Amma əlavə edək ki, bu konnektorlar vasitəsilə şəbəkəyə qoşulma o deməkdir ki, Cənub Qaz Dəhlizi həm də Avropanın özünün şəbəkəsinin bir hissəsinə çevrilib.
Üçüncü istiqamət ondan ibarətdir ki, Balkan ölkələri ilə əməkdaşlıq çox sürətlə inkişaf edir və istər Makedoniya, istər Ruminiya, istər Bolqarıstan, istər Serbiya kimi ölkələr Azərbaycana etibarlı tərəfdaş kimi baxaraq ölkəmizdən qaz tədarükünü almaqda maraqlı olduqlarını dəfələrlə ifadə ediblər. Azərbaycan da öz getdikcə artan qaz hasilatını ixraca çevirmək və həmin o ixracda balkan ölkələrinə üstünlük verməyi düşünür. Bu bağlanan sazişlərdə, strateji əməkdaşlıq müqavilələrində və qarşılıqlı əlaqələrdə də özünü göstərir. Bəs, bu Azərbaycana nə verir? Birincisi faktiki olaraq bütün dünyada ən önəmli məsələlərdən biri olan etibarlı tərəfdaş məsələsidir. Çünki son 30-40 ildə o qədər sanksiyalar tətbiq olunur ki, artıq ölkələr bu gün bağladıqları müqavilələr üzrə sabah necə öhdəlik yerinə yetirəcəyini belə sual altına alırlar. Artıq bu cür müqavilə bağlamaq sabah həmin müqaviləni yerinə yetirmək anlamına gəlmir. Çünki müxtəlif sanksiyalar var, bəzən ölkələr özləri müxtəlif siyasi təsirlərə məruz qalırlar, yaxud öz öhtəliklərini yerinə yetirə bilmirlər. Amma Azərbaycan belə ölkələrdən deyil. Azərbaycan sübut etdi ki, bütün öhtəlikləri yerinə yetirir.
Nə zamansa neft-qaz hasilatı zəifləyəcək. Çünki növbəti mərhələdə alternativ enerji gəlir. Azərbaycan bu gün bütün dünyaya mesaj verir ki, mən alternativ enerjidə də ixracatçı ölkə olaraq sizə tərəfdaş ola bilərəm. Növbəti mərhələlərdə Avropanın özündə də növbəti tələb elektrikə olacaq. Çünki burada elektrik enerjisinin hasil olması çətin məsələlərdən biridir. Tələbin yerinə yetirilməyəcəyi indidən aydındır. çünki Avropada günəş enerjisi məsələsi çətindir. Nisbətən şimal ölkələrində külək enerjisi məsələləri var. Amma bu da tələbi tam olaraq yerinə yetirməyəcək. Elektrik enerjisinə tələb isə ilbəil artır. Azərbaycanın isə həm günəşi, həm də külək enerjisi var. Ona görə də Azərbaycana etibarlı, alternativ enerji potensialı olan və yeni mərhələdə daha çox elektrik enerjisinin ixracatçısı olan tərəfdaş kimi baxıtlar.
Serbiya və Balkan ölkələri ilə əməkdaşlıq həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycan üçün sərfəlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB