"Ödəniş kartlarının həcmində ciddi inkişaf trayektoriyasını görürük" - AMB
“Mobil bankçılıq kifayət qədər aktual olub. Mobil bankçılıq kanalları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi ötən ilin ilk 9 ayı ilə müqayisədə 2,4 dəfə artaraq 18,5 milyard manata çatıb". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) deyib.
"Qeyd etmək lazımdır ki, son illərdə istifadə etdiyimiz ödəniş kartlarının sayında və həmin kartlar vasitəsilə həyata keçirilən ödənişlərin həcmində də ciddi inkişaf trayektoriyasını görürük. 1 oktyabr 2023-cü il tarixinə olan göstəricilərə əsasən, ödəniş bazarında dövriyyədə olan kartların sayı 20 faiz artıb və 16 milyona çatıb”,- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB