İsrailin Qəzzaya hücumları dünyada neft qiymətlərini artırıb

İsrailin Qəzzaya hücumları dünyada neft qiymətlərini artırıb

ABŞ ordusunun cümə günü İran hədəflərinə hücuma keçdiyinə dair xəbərləri səbəbindən neft qiymətləri 1 dolları ötüb.

SİA-nın əldə etdiyi məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti 1,3 faiz artaraq 1,16 dollara yüksəlib və 89,09 dollar olub.

Bu vəziyyət İsrail-"Həmas" qarşıdurmasının genişlənməsi ilə bağlı narahatlığı artırsa da, Orta Şərqin əsas istehsal regionundan resurs tədarükünə təsir etmək ehtimalını da gündəmə gətirib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın şərqində İran İnqilabı Keşikçiləri Korpusunun və ona bağlı qrupların istifadə etdiyi iki obyektin atəşə tutulmasının İraq və Suriyada Amerika əsgərlərinə qarşı son hücumlara cavab olaraq həyata keçirildiyini bildirib.

İranın hücumları neft tədarükünə birbaşa təsir etməyib, lakin İsrailin oktyabrın 7-də Qəzzada başlatdığı hücumların "Həmas"ı dəstəkləyən
və əsas neft hasil edən ölkələrdən biri olan İranın tədarük həcminin dəyişməsinə səbəb olacağı ilə bağlı narahatlıqlar var.

Müharibənin genişlənməsinin ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanından və Körfəz bölgəsindəki digər əsas istehsalçılardan nəqliyyata təsir edə biləcəyi düşünülür.

Ekspertlər qlobal neft hasilatının 17 faizinin keçdiyi Hörmüz boğazı üzərindən ticarət kəsiləcəyi ehtimalı qarşısında qiymətlərin 20 faiz arta biləcəyini bildirirlər.

Ekspertlər həmçinin Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər davam etdirəcəkləri tədarük kəsimlərinin qlobal bazarları daraldacağını və qiymətlərin yüksəlməsinə səbəb olacağını da qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə