“Az sonra qalib gələn komanda açıqlanacaq” - TURAL MƏMMƏDOV

“Az sonra qalib gələn komanda açıqlanacaq” - TURAL MƏMMƏDOV

“İki gün ərzində keçirilən CIDC-2023 yarışı sona çatmaq üzrədir. Tədbir üçün bir neçə istiqamətlərdə alt tədbirlər nəzərdə tutulub. Bunlardan biri də “Kibermüharibə” yarışıdır. Bu yarış kritik infrastrukturlarda çalışan komandalardan ibarətdir”. SİA xəbər verir ki, bu sözləri “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin sonuncu günündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

Tural Məmmədov sözlərinə belə davam edib: “Yarışın final mərhələsinə 20 komanda çatıb. Az sonra isə qalib gələn komanda açıqlanacaq. Hazırda həmin komandaların ballarının toplanıb hesablanması prosesi gedir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə