“Müəyyən sahələrdə kadr çatışmazlığı müşahidə olunur” - DAVUD RÜSTƏMOV

“Müəyyən sahələrdə kadr çatışmazlığı müşahidə olunur” - DAVUD RÜSTƏMOV

“Bütün domenlərdə təhdidlərlə mübarizə aparan ordudur. Təkcə kiber domendə dövlət və özəl sektorun birgə mübarizəsi önəmlidir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün dövlətlərin strategiyalarında bu qeyd edilib, eləcə də ölkəmizdə də kritikliyi təkcə dövlət sektorunda deyil, özəl sektorda da müəyyən etmək, inkişaf proseslərini izləmək, xarici təcrübəni öyrənmək tələb olunur: "Kritik informasiya strukturları obyektləri siyahısının təsdiq olunması barədə Nazirlər Kabineti tərəfindən verilən tapşırıq icradadır. Bununla bağlı müraciət edilib. 30 gün ərzində sorğuların cavablandırılması qoyulsa da, bu müddət təəssüf ki, 90 günə çatıb. Kritik informasiya strukturları sahibləri obyektləri müəyyən etməkdə çətinlik çəkir. Nəzərdə tutulub ki, hər il bu obyektlərin siyahısında dəyişikliyin təsdiqi nəzərdə tutulub. Müəyyən sahələrdə kadr çatışmazlığı müşahidə olunur. Təhdidlər qlobaldır, sərhəd tanımır. Digər bölgədə baş verənlər, Azərbaycana tez çata bilir. Fərdi məlumatları, infrastrukturları hədəf alan çoxlu kibertəhdid aktları var ki, buna qarşı mübarizə təşkil olunur. Xarici xüsusi xidmət orqanlarında da irəli təcrübə mövcuddur. Onlarla sıx əlaqədə işləyir. Onlardan alınan kibertəhdid məlumatlarını mərkəz formasında qurduğumuz platforma üzərindən paylaşmağı düşünürük.

Mülki müdafiə planın hazırlanması ilə böyük tapşırıq var. Artıq mülki müdafiə planın tərkibinə kibertəhdidlər də əlavə olunub. Planın tərkibində kiberböhran hallarının idarə olunması ilə bağlı milli plan olacaq. Bu, olduqca vacibdir. Ölkədə hansısa böhranda kibertəhlükəsizlik vəziyyəti necə idarə olunacaq və qurumların cavabdehliyi necə olacaq? Yaxın müddətdə mükəmməl sənəd hazırlanacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə