Kənd təsərrüfatı sahəsində çalışanlara hansı imkanlar yaradılır? - AYDINLIQ GƏTİRİLDİ
"Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişafı məqsədilə göstərilən dəstəklərdən biri də fermerlərə ödənilən subsidiyalardır. Subsidiya dövlət büdcəsindən fermerlərə qarşılıqsız verilən maliyyə vəsaitidir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə ödənilən subsidiyalar ölkə başçısı tərəfindən 27 iyun 2019-cu ildə imzalanmış 759 nömrəli fərmanıa həyata keçirilir. Bu fərman əsasında hazırda beş möv subsidiya ödənişi icra olunur". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq AKİA-nın şöbə müdiri Rəşad Fəttahov deyib.
"Qeyd edim ki, 2022-2023-cü il əkin mövsümü artıq başa çatıb. Əkin subsidiyası üzrə təxminən 353 mindən artıq fermerə 255 milyondan çox vəsait ödənilib. Bu da ölkə ərazisinin təxminən 1.2 milyon ərazisini əhatə edir. Ödənilən bu subsidiyaların 78%-i arpa və buğda başda olmaqla taxıl bitkilərinin, 16%-i meyvə bağlarının, geriyə qalan 6%-i isə digər bitki bəyanlarına görə ödənilib.
İldən-ilə fermerlər tərəfindən intensiv meyvə bağlarına olan maraq artmaqdadır. Söhbət müasir damcı suvarma sistemi ilə təchiz olunmuş meyvə bağlarından gedir. Təbii ki, bu bağlara görə bir dəfəyə məxsus ödəmələr həyata keçirilir,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə