"Rəqabət Məcəlləsinin müzakirəsini yüksək qiymətləndirirəm" - RAZİ NURULLAYEV
"Rəqabət Məcəlləsinin müzakirəsini yüksək qiymətləndirirəm. Çünki belə böyük bir məcəllənin hazırlanması böyük əməl tələb edir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deputat Razi Nurullayev deyib.
Razi Nurullayev sözlərinə belə davam edib: "Təbiii inhisarın bizdə konkret nümunələri var. Amma konkret olaraq təbii inhisar təbii inhisardırsa, onun çözümü nədir? Bu təbii inhisarın aradan qaldırılması ilə bağlı hansısa işlər görülə bilərmi?
Mən istərdim ki, bizim tədbirlərimizdə məsələlər faktlarla göstərilsin. Konkret ad çəkilməklə nümunə göstərilməsi daha inandırıcı və anlaşıqlıdır.
Qanunvericilikdə belə bir maddə də var ki, təbii inhisarçı ilə istehlakçının maraqları uzlaşdırılacaq. Bunun hansı nümunəsi var? Necə olacaq?".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB