Pensiyaçılara niyə kredit verilmir? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
"Sivil dünyada pensiyaçılar kredit götürmür. Pensiyaçıların həm aldığı məvacib onlara kifayət edir, həm də işlədikləri dövrdə daşınmaz və daşınan əmlaklarını qazanırlar. İnkişaf etmiş ölkələrin banklarında da pensiyaçıların kredit üçün müraciət halları müşahidə olunmur. Həmin ölkələrdə bank işçiləri kredit götürmək istəyən pensiyaçıları görəndə ya təəccüblənirlər, ya da rəngarəng müştəri qazanacaqları üçün sevinirlər". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.
Onun sözlərinə görə, ümumilikdə pensiyaçıya kredit vermək riskdir: "Azərbaycanda pensiyaçılar inkişaf etmiş ölkələrdəki kimi təminatlı deyil. Elə pensiyaçılar var ki, evi yoxdur və ya övladları ona dəstək vermir. Digər tərəfdən pensiyaçının aldığı məvaciblə kredit ödəmək imkanı yoxdur. Onun aldığı məvacib heç öz dolanışığına çatmır. Pensiyaçı işləsə belə nadir hallarda ona yüksək əməkhaqqı verilir. Bunlarla yanaşı pensiyaçıların ölüm riski var. Pensiyaçı öldükdə onların kreditinin ödənilməyən hissəsi artıq problemli kreditə çevrilir. Bank onu ya bağışlamalıdır, ya da məhkəmə proseslərinə başlamalıdır. Ona görə də pensiyaçılara kredit verən təşkilatlar öz risklərini nəzərə alaraq ya onlara ehtiyatla kredit verirlər, ya da ümumiyyətlə vermirlər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB