"Yeddi ölkənin 11 ən böyük şirkəti Azərbaycana gətirildi" - RAUF ƏLİYEV

““Əsrin müqaviləsi” imzalanan dövrdə ya 15-20 il Azərbaycanın inkişaf etməsini gözləməliydik, ya da neft strategiyasını həyata keçirməli idik. Təbii ki, Ulu Öndər uzaqgörənliyi ilə neft strategiyasını seçərək məsələni ustalıqla həll etdi”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, daxildə vətəndaş müharibəsinin getdiyi, torpaqlarımız işğal olunduğu bir dövrdə heç bir investor Azərbaycana investisiya qoymazdı: “Amma məhz Ulu Öndər Heydər Əliyev öz nüfuzu ilə buna nail oldu. Yeddi ölkənin 11 ən böyük şirkəti Azərbaycana gətirildi. İndiki Azərbaycan həmin dövrdə Ümummilli Liderin atdığı addımların bəhrəsini görür".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə