Qazaxıstanın Kurık dəniz limanı vasitəsilə 2023-cü ilin 8 ayı ərzində təxminən 1,5 milyon ton yük aşırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz çoxdur.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, yüklərin bir milyon tondan çoxu dəmir yolu nəqliyyatı, 430 min tondan çoxu – avtomobil nəqliyyatı ilə aşırılıb. Liman üzərindən 480 bərə, 14 minə yaxın vaqon və 18 mindən artıq yük avtomobil nəqliyyatı vasitəsi ilə daşınıb.
Kurık limanı vasitəsilə Qazaxıstan neft və neft məhsulları, metal, gübrələr, kimya məhsullarının nəqli həyata keçirilir. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan, Gürcüstan, Türkiyə, sonra Şərqi Avropaya və əks istiqamətə yüklərin tranziti artır.
Hazırda limanda taxıl terminalının tikintisi aparılır, onun üzərindən ildə milyon tona qədər taxıl daşınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB