"Bu bölgədə çalışan insanlar üçün əlavə stimullaşdırıcı tədbirdir" - İQTİSADÇI EKSPERT AÇIQLADI

"Bu bölgədə çalışan insanlar üçün əlavə stimullaşdırıcı tədbirdir" - İQTİSADÇI EKSPERT AÇIQLADI

"600 AZN müavinət, əsasən, son iki ildə fasiləsiz iş stajı və hazırda Qarabağ bölgəsində rəsmi iş fəaliyyəti olan şəxslərə şamil edilir. Bu ali, orta peşə və hər hansı bir orta təhsili olan şəxslərə aiddir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bu müavinətin ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalı vasitəsilə həyata keçirilir: "Prosedur qaydası çox asandır. Belə ki, şəxsiyyət vəsiqəsi ilə müraciət edərək 10 gündən gec olmayaraq müavinəti əldə edə bilərlər. Təbii ki, bu müavinəti əldə etmək hüququ olanlara aiddir".

Eyyub Kərimli sözlərinə belə davam edib: "Sözsüz ki, bu bölgədə çalışan insanlar üçün əlavə stimullaşdırıcı tədbirdir və dövlət tərəfindən işəgötürənlərə dəstək verilir. Orada çalışan insanların maddi rifahının yaxşılaşdırılması və gələcəkdə orada çalışmaq istəyənlər üçün əlavə həvəsləndirici maddi yardım kimi nəzərdə tutulub.

Bu gün bilirsiniz ki, Qarabağ bölgəsində 40-50 minə yaxın insan çalışır. Bu da bu qədər insanın büdcəsinə müsbət təsir göstərəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə