Ölkədən dəyəri 53 milyon ABŞ dollarına yaxın metanol ixrac olunub

Ölkədən dəyəri 53 milyon ABŞ dollarına yaxın metanol ixrac olunub

Yanvar-iyul aylarında Azərbaycandan dəyəri 52,9 milyon ABŞ dolları olmaqla 252,2 min ton metanol ixrac olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ilin eyni aylarında ölkədən 275,1 min ton metanol ixrac olunub, ixracın dəyəri 81,3 milyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə